Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 31-ci turunun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Tura aprelin 18-də keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu ilə start veriləcək. Bu oyunu Əliyar Ağayev idarə edəcək.
Ayın 19-da keçiriləcək “Sabah” – “Səbail” matçı Fərid Hacıyevə, “Qarabağ” – “Neftçi” görüşü isə Elçin Məsiyevə tapşırılıb.
“Şamaxı” – “Kəpəz” matçını Cavid Cəlilov idarə edəcək. “Zirə” – “Sumqayıt” qarşılaşmasında isə Rauf Cabbarov söz sahibi olacaq.
Premyer Liqa
31-ci tur
18 aprel
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
19 aprel
“Sabah” – “Səbail”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Masazır Arena”, 17:30.
“Qarabağ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Kamal Umudlu.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00.
20 aprel
“Şamaxı” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov .
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Şamaxı şəhər stadionu, 16:30.
“Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin Stadionu, 19:00.