Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edəcək.
PSJ isə səfərdə “Aston Villa”nın qonağı olacaq.
1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)
İlk oyun - 0:4.
23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3.