AZ

Simonyan və Sloveniya Baş nazirinin müavini Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Sloveniyanın Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon ilə görüşüb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə tərəflər Ermənistan və Azərbaycan arasında yenidən işlənmiş sülh sazişi layihəsini müzakirə ediblər.

Həmsöhbətlər həmçinin Ermənistan və Sloveniya arasında yüksək səviyyəli siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyini qeyd edərək, parlament diplomatiyasının mühüm rolunu vurğulayıblar.

Seçilən
121
50
report.az

10Mənbələr