“Bayern”in vingeri Serj Qnabri yay transfer pəncərəsində klubu tərk etmək fikrində deyil.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu karyerasını Münhen komandasında davam etdirmək istəyir və hazırda digər klublarla danışıqlar aparmır.
Qnabri 2017-ci ildən “Bayern”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.
Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
29 yaşlı futbolçunun transfer dəyəri 25 milyon avro qiymətləndirilir.