AZ

“Qusar”la “Füzuli” liderlərə yaxınlaşdı

Dünən futbol üzrə ölkə çempionatının 2-ci liqasında 13-cü turun ilk üç oyunu keçirildi. Günün ilk oyununda “Qusar” Sumqayıtda “Sheki City”i məğlub etdi. Autsayderlərdən “Kümrük Qax” evdə “Füzuli”yə, “Şəfa” isə “Ağdaş”a uduzdu.

Bu gün turun daha 3 oyunu keçiriləcək. “Şəmkir” səfərdə “Cəbrayıl”la, “Kür-Araz” isə doğma meydanda “Lerik”lə qarşılaşacaq. Qonşu pillələrdə qərarlaşan “Göygöl”lə “Şahdağ Qusar”ın dueli böyük maraq doğurur. Tura sabah keçiriləcək “Dinamo” – “Baku Sportinq” matçıyla yekun vurulacaq.

4 dekabr
Qusar – Sheki City 2:1

Eşqin Tağıyev, 62. Firudin Ağalarov, 89 – Ravil Yusifli, 30.

Kümrük Qax – Füzuli 0:2
Təmraz Əmircanov, 18-p. Ceyhun Cavadov, 87.

Şəfa – Ağdaş 1:2
Sahib Cümşüdov, 27 – Mehman İbadov, 60-öz qapısına. Aqil Mirzəyev, 77.

5 dekabr
Cəbrayıl – Şəmkir

Bakı, “Neftçi” futbol mərkəzinin 4-cü meydançası. Saat 13.00.

Göygöl – Şahdağ Qusar
Göygöl, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Kür-Araz – Lerik
Saatlı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

6 dekabr
Dinamo – Baku Sportinq

Binə, qəsəbə stadionu. Saat 14.00.

Xal durumu: Baku Sportinq – 31, Cəbrayıl – 27, Füzuli, Qusar – 26, Şahdağ Qusar – 24, Göygöl – 22, Sheki City – 20, Kür-Araz – 16, Ağdaş, Dinamo – 15, Lerik – 11, Kümrük Qax – 7, Şəmkir – 6, Şəfa – 4.
Bombardirlər: Vüqar Əşrəfli (Göygöl) – 16, Tural Qurbatov (Şahdağ Qusar) – 13.

Seçilən
149
football-plus.az

1Mənbələr