AZ

Pakistanın hava məkanı üzərindən uçuşlar iki dəfə azalıb

İslamabadla Tehran arasında gərginliyin artması fonunda Pakistanın hava məkanı üzərindən uçuşlar təqribən iki dəfə azalıb.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər mülki aviasiya sahəsindəki vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, cümə axşamı Pakistanın hava məkanında 450 aviareys qeydə alınıb, hərçənd adətən bu göstərici 700-750 uçuşa çatır.

Qeyd olunub ki, aviaşirkətlər Pakistanın hava məkanı üzərindən uçuşlara görə Mülki Aviasiya İdarəsinə ödəniş edirlər və reyslərin azalması ölkənin gəlirlərinə mənfi təsir göstərir.

Xatırladaq ki, 16 yanvarda İran Pakistanda müəyyən mövqelərə raket zərbələri endirib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Bunun ardınca Pakistan hökuməti İrandakı səfirini geri çağırıb və İran səfirindən Pakistana səfər etməməsini istəyib. İki ölkə arasında bütün tədbirlərin keçirilməsi dayandırılıb.

Qeyd edək ki, 17 yanvarda Pakistan İrana müəyyən mövqelərə hücum edib. Nəticədə 10 nəfər həlak olub.

Seçilən
59
1
day.az

2Mənbələr