AZ

Azərbaycandan Almaniya klubunun oyununa kim gedəcək?

FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı ədalət təmsilçisi Serbiyada yerli “Baçka Topola” və Almaniya "Frayburq"u arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III turunun oyununu idarə edəcək.

Oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Əliyar Ağayev daha əvvəl II turda "Rakuv" (Polşa) - “Ştrum” (Avstriya) matçında əsas hakimin funksiyasını yerinə yetirib.

Seçilən
243
1
sportinfo.az

2Mənbələr