Mahmud Əhmədinejatın casusluq iddialarıİranın keçmiş prezidenti Mahmud Əhmədinejat Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ölkədəki casus iddialarından danışıb.Sabiq prezident İsrailin İrandakı qurumlardan birinə MOSSAD (İsrailin xüsusi xidmət orqanı - red.) agenti yerləşdirdiyini iddia edib:“İsrailə qarşı bir bölmə yaratdıq, onun başında duran şəxsin MOSSAD agenti olduğu üzə çıxdı”, - deyə söyləyib.Qeyd edək ki, Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Sui-qəsddən sonra casus iddiaları gündəmə gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta