Bakı. Trend:
Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardanibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşükeçirib.
Trend İdman.biz-ə istinadənxəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaşqrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-cdəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar oktyabrın 10-da keçirilən ilk oyundameydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.