21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
F qrupunda yer alan millimiz 10-cu matçında İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Bristol şəhərində yerləşən “Eşton Qeyt” stadionunda keçirilən görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra komandamız 3 xalla qrupu 6-cı pillədə başa vurub. İngiltərə yığması isə 25 xalla qrup birinciliyini tutub.
S. | Komanda | O | Q | H | M | T/F | X |
1 | İngiltərə | 10 | 8 | 1 | 1 | 41-6 | 25 |
2 | Ukrayna | 10 | 8 | 0 | 2 | 20-7 | 24 |
3 | Serbiya | 10 | 5 | 1 | 4 | 13-18 | 16 |
4 | Şimali İrlandiya | 10 | 3 | 2 | 5 | 10-10 | 11 |
5 | Lüksemburq | 10 | 2 | 2 | 6 | 6-23 | 8 |
6 | Azərbaycan | 10 | 1 | 0 | 9 | 4-30 | 3 |