AZ

U-17 millimiz Avstraliyanı penaltilərlə məğlub etdi

Birləşmiş Ərəb Əmirliklərində toplanışda olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) növbəti sınaq matçına çıxıb.

Arena.az xəbər verir ki, U-17 millimiz Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) bu matçdan qələbə ilə ayrılıb.

Bu komandalar arasında oktyabrın 14-də keçirilmiş ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.

Xatırladaq ki, baş məşqçi İlham Yadullayev bu oyunlar üçün milliyə 23 futbolçu dəvət edib:

  1. Məhdi Həsənov – Neftçi
  2. Rauf Əyyubov – Sabah
  3. Elbrus Kərimov – Marset (İspaniya)
  4. Həzrət Səmədov – Sabah
  5. Nadir Nəsibli – Marset (İspaniya)
  6. Fərid Cabbarlı – Zirə
  7. Əlibəy Mahmudov – Sabah
  8. Tuncay Əhmədov – Marset (İspaniya)
  9. Kamil Məmmədov – Neftçi
  10. Muhamməd Çodarov – Marset (İspaniya)
  11. Zeyd Nəsirulla – Herta (Almaniya)
  12. Murad Qurbanov – Zirə
  13. İbrahim Xəlilov – Sabah
  14. Həsən Məmmədli – Rot-Vays (Oberhauzen, Almaniya)
  15. Vüsal Kərimov – Neftçi
  16. İlkin Hacıyev – Qarabağ
  17. Əli Qazibəyov – Qarabağ
  18. Abdulaziz Cabbarlı – Qarabağ
  19. Əhliman Süleymanzadə – Zirə
  20. Tunar Rzayev – Marset (İspaniya)
  21. İslam Həsənov – Srvena Zvezda (Serbiya)
  22. Əli İbrahim – Qarabağ
  23. Nihat İsgəndərov – Qarabağ
Seçilən
69
4
arena.az

10Mənbələr