AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
O, UEFA Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq. Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.