AZ

Kamal Umudluya UEFA-dan növbəti təyinat

FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) oyununun baş hakimi olacaq.

Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvengers yerinə yetirəcək.

Noyabrın 6-da Gelzenkirxen şəhərində yerləşən “Parkstadion”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqası: “Real” “Borussiya”ya, PSJ PSV-yə qarşı - YENİLƏNİR

"Beşiktaş" qələbə qazandı, "Fənərbaxça"dan xal itkisi

"Arsenal" mövsümdə ilk məğlubiyyətini alıb

“Qarabağ”ın rəqibi məğlub oldu

DÇ-2026: Argentina və Braziliyadan darmadağın

Seçilən
88
4
apasport.az

7Mənbələr