Ölkəsindəki inqilab, kütləvi etirazlar və müharibə 13 il davam edən müddətdə dirənən Bəşər Əsəd müxalifətin son 11 günlük hücumundan sonra hakimiyyətdən devrildi.
Rusiya mənbələri onun Moskvaya qaçdığını, orada ailəsi ilə birgə sığınacaq alacağını yazıb.
Bundan əvvəl devrildikdən sonra ölkəsini qoyub, Rusiyaya qaçan Ukrayna Prezidenti Viktor Yanukeviç olub. 2014-cü ilin fevralında Avromaydan etirazları və təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalardan sonra o, Rusiyaya sığınıb.
Yaxın tarixdə ölkəsindəki silahlı müxalifətdən qaçan başqa bir lider Əfqanıstanın keçmiş Prezidenti Əşrəf Qani olub. O, 2021-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinə qaçdı. Çünki ABŞ qoşunlarını çıxarandan sonra Taliban sürətlə Kabilə və ölkəyə nəzarəti ələ keçirdi.
Keçmiş Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev 2010-cu ildə hökumətə qarşı zorakı etirazlardan sonra Belarusa qaçıb.
Videoya YouTube kanalımızda baxın.