AZ

Ağ Ev: Çinin nüvə arsenalı strateji vəziyyəti əsaslı şəkildə dəyişib

Çinin nüvə arsenalının həcmi artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişib.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.

"Çinin can atdığı nüvə arsenalının ölçüsü nə olursa-olsun, o, artıq strateji vəziyyəti əsaslı şəkildə dəyişdirən səviyyəyə çatıb və buna görə də dünyanın nüvə gücləri, o cümlədən ABŞ arasında daha dərin əlaqə, müzakirə tələb edir. Bu səbəbdən biz Çinlə birbaşa əlaqəyə can atırıq”, - Fayner Vaşinqtonda Karnegi Fondunda keçirilən konfransda deyib.

Ağ Evin sözçüsü Çinin ABŞ rəhbərliyinin fikrincə nüvə təhlükəsizliyi sahəsində ən böyük risklər yaradan dövlətlərin siyahısında yüksək yerdə olduğunu iddia edib. O bildirib ki, vəzifədən gedən Amerika administrasiyası Çinlə rəqabəti “məsuliyyətlə idarə etməyə” çalışır ki, bu da strateji çəkindirmə sahəsində məsələlərin həlli deməkdir.

Seçilən
65
21
azerforum.com

10Mənbələr