AZ

Mahir Süleymanlı Şabranda vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar



Dekabrın 21-də Şabran rayonunun Ağalıq kəndində növbəti vətəndaş qəbulu keçirdik. Görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı bəzi müraciətlərini dinlədik. Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll etdik, digərlərini isə qeydə alaraq səlahiyyətlərimiz çərçivəsində həllinə çalışacağımızı bildirdik.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğını xüsusi vurğuladıq.

Vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Mahir Süleymanlı
​Milli Məclisin deputatı




Seçilən
41
18
aia.az

10Mənbələr