AZ

Nizaminin heykəli Sərkisyanı özündən çıxardı: “Nikol deyir ki…”

“Azərbaycanlılar Romadakı Villa Borghese parkında Nizami Gəncəvinin heykəlini ucaldıblar”.

Bunu erməni jurnalist Oskan Sərkisyan yazıb.

O, böyük Nizami ilə bağlı ənənəvi fikri təkrarlayaraq “fars poeziyasının klassiki” kimi təqdim etməyə çalışıb:

“Nizamini Azərbaycan şairinə çevirdilər. Nikol Paşinyan isə deyir ki, bizim min ildir dövlətimiz, universitetimiz olmayıb”.

Qeyd edək ki, 1141-ci ildə qədim Azərbaycan şəhəri Gəncədə anadan olan Nizami Gəncəvi ömrünü burada keçirib. O, Azərbaycan poeziyasının ən görkəmli farsdilli nümunayəndələrindən hesab edilir. Bununla belə, N.Gəncəvinin türk dilində əsərinin də olduğu, lakin günümüzə çatmadığı bildirilir.

Əliyar Xəlil

Mənbə: globalinfo.az

Seçilən
107
globalinfo.az

1Mənbələr