AZ

Antonio Tajani Suriyadakı vəziyyətdən danışdı

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani, İtaliya nümayəndə heyətinin Suriyada yeni administrasiya ilə görüşdüyünü və ölkədə inkişafı prosesində fəal şəkildə iştirak etmək istədiklərini ifadə edib.

"Cebheinfo.az" ANSA agentliyinə istinadən xəbər verir ki, Tajani Kosovoya səfəri zamanı 61 illik Baas Partiyasının devrilməsi ilə Suriyada baş verən hadisələrlə bağlı açıqlama verib.

Tajani Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üzərində işləmək üçün bu prosesləri izləməyin vacib olduğunu vurğulayıb.

İtaliyanın Baş naziri Giorgia Meloni də dekabrın 18-də bəyan edib ki, Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasına nail olmaq üçün iş gedir. Hazırda Suriyadakı vəziyyət o qədər də aydın deyil.

Seçilən
105
8
cebheinfo.az

9Mənbələr