AZ

AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb

Çərşənbə günü AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Qazaxıstan mediası ölənlərin olduğu barədə yazıb.

AZAL-dan BBC-yə bildirilib ki, qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma aparılır.

Apa yazıb ki, təyyarə Xəzər dənizi üzərində "SOS" siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, beş ekipaj üzvü olub.

AZAL-ın məlumatına görə, "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Xəbər yenilənir.

Seçilən
69
50
bbc.com

10Mənbələr