Almaniya Suriyada humanitar vəziyyətin yaxşılaşdırılması üçün 60 milyon avroluq maliyyə yardımı ayırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi məlumat yayıb.
İqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şultse 14 illik müharibə nəticəsində humanitar vəziyyətin fəlakət həddinə çatdığı və əhalisinin 90 faizi yoxsulluq səviyyəsində olan ölkənin xarici yardımlara ehtiyac duyduğunu qeyd edib.
Nazirliyin məlumatında qeyd edilib ki, yardım BMT-nin müvafiq qurumları və QHT-lər vasitəsilə Suriyaya çatdırılacaq. Belə ki, yardımın 25 milyon avrosu məktəblərin bərpası və inşası üçün UNESCO-ya, 19 milyon avroluq hissəsi müharibə nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalan şəxslər üçün dağıntıların təmizlənməsi, günəş enerjisi sistemlərinin qurulması və digər qısamüddətli iş imkanlarının yaradılması məqsədilə BMT-nin İnkişaf Proqramına veriləcək. Həmçinin uşaqların psixoloji sağlamlığı ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün 6 milyon, Suriyada vətəndaş cəmiyyətinin inkişafına 7 milyon, qadın təşkilatlarının fəaliyyətinin gücləndirilməsi məqsədilə 3 milyon avro nəzərdə tutulub.
Məlumatda bildirilib ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin 2024-cü ildə Suriya ilə bağlı götürdüyü 132 milyon avroluq yardım öhdəliyinin bir hissəsidir. (Azərtac)
10Mənbələr
-
news365.azAlmaniya Suriyaya 50 milyon avro yardım göndərir ( 14739965)
-
axar.azAlmaniya Suriyaya 50 milyon avro yardım göndərir ( 14739623)
-
moderator.azSuriyaya 50 milyon avro ayrılacaq ( 14737669)
-
milli.azBu ölkə Suriyaya 50 milyon avro ayıracaq ( 14737609)
-
medianews.azAlmaniya Suriyaya 50 milyon avro ayıracaq ( 14737149)
-
apa.azAlmaniya Suriyaya 50 milyon avro ayıracaq ( 14736603)
-
yeniazerbaycan.comAlmaniya Suriyaya 60 milyon avroluq maliyyə yardımı ayırıb ( 14530213)
-
cebheinfo.azAlmaniyadan Suriyaya 60 milyon avro ( 14530029)
-
demokrat.azAlmaniya Suriyaya 60 milyon avroluq maliyyə yardımı ayırıb ( 14525387)
-
yenisabah.azAlmaniya Suriyaya 60 milyon avro maliyyə yardımı ayırdı ( 14524711)