AZ

Fabritsio Romano "Qarabağ"la "Sevilya" arasındakı anlaşmanın detallarını açıqladı

style='margin-bottom:10px;'>

Tanınmış insayder Fabritsio Romano “Qarabağ”la “Sevilya” arasında Juninyonun transferi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb.

QOL.az xəbər verir ki, o, La Liqa təmsilçisinin bu transfer üçün "Qarabağ"a 4 milyon avro və daha 1 milyon avro bonus ödəyəcəyini qeyd edib.

Həmçinin, “Sevilya”nın braziliyalı hücumçunun satış məbləğinin 20 faizini Ağdam təmsilçisinin əldə edəcəyi bənd də müqavilədə yer alacaq.

O da qeyd olunub ki, hələ dəqiqləşdirilməmiş bir neçə detal var ki, bunlar həllini tapandan sonra transfer rəsmiləşəcək.

QOL.az saytının əldə etdiyi məlumata görə, gələn həftə danışıqların tam yekunlaşacağı və Juninyonun "Sevilya"ya keçidinin rəsmən açıqlanacağı gözlənilir.

Seçilən
71
3
teleqraf.com

4Mənbələr