AZ

Prezident ailəsinə verilən ən bahalı hədiyyə: Siyahıda nələr var?

Dövlət Departamentinin açıqladığı illik hesabata görə, ABŞ Prezidenti Co Bayden və ailəsi 2023-cü ildə xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyə alıb.

Ən bahalı hədiyyə isə birinci xanım Cil Baydenə verilib: 20 min dollarlıq brilyant. 

Bu hədiyyə ona Hindistandan gəlib.

Cebheinfo.az” bu barədə CNN-ə istinadən xəbər verir.

Hindistanın Baş naziri Narendra Modinin verdiyi 7,5 karatlıq almaz 2023-cü ildə ilk ailənin hər hansı bir üzvünə verilən ən bahalı hədiyyə olub. Cil Bayden eləcə də Ukraynanın ABŞ-dəki səfirindən 14,063 dollar dəyərində broş alıb. Misir Prezidenti və birinci xanımından 4510 dollar dəyərində bilərzik, broş və fotoalbom da hədiyyə kimi ona göndərilib.

Prezident Bayden də bir sıra bahalı hədiyyələr, o cümlədən Cənubi Koreyanın yaxınlarda devrilmiş Prezidenti Yoon Suk-yeoldan 7100 dollar dəyərində xatirə fotoalbomu, Monqolustanın Baş nazirindən 3495 dollar dəyərində monqol döyüşçü heykəlciyi və 3300 dollar dəyərində gümüş kasa alıb.

Bruney Sultanı 3160 dollar dəyərində gümüşdən hazırlanmış nimçə hədiyyə edib. İsraildən və Ukrayna Prezidenti Voladimir Zelenskidən 2400 dollar dəyərində hədiyyə göndərilib.

Federal qanun icra hakimiyyətinin məmurlarından xarici liderlərdən və həmkarlarından təxmini dəyəri 480 dollardan çox olan hədiyyələri bəyan etməyi tələb edir. Bu meyara cavab verən hədiyyələrin çoxu nisbətən ucuzdur və daha bahalı olanlar adətən  Milli Arxivə verilir və ya rəsmi sərgiyə qoyulur. Lakin həmişə belə olmur.

Dövlət Departamentinin sənədinə əsasən, 20 min dollarlıq brilyant rəsmi istifadə üçün Ağ Evin Şərq Qanadında saxlanılıb, prezident və birinci xanıma verilən digər hədiyyələr isə arxivdə saxlanılıb.

Cil Baydenin sözçüsü Vanessa Valdivia bildirib ki, almaz Baydenlər Ağ Evi tərk etdikdən sonra arxivə veriləcək.

Seçilən
54
cebheinfo.az

1Mənbələr