AZ

Güclü qar fırtınası on milyonlarla ABŞ sakinini təhdid edir

Güclü qar fırtınası ABŞ-ın bir neçə ştatının təxminən 62 milyon sakininə təsir göstərə bilər.

Bu barədə CNN məlumat yayıb.

“Güclü bir qış tufanı… şənbə günündən bazar ertəsi gününə qədər təqribən 62 milyon insana təsir edəcək”, – yayımçı bildirib.

Qasırğanın ən azı 12 ştatı vuracağı, güclü qar, buz və çovğuna səbəb olacağı qeyd edilir. Bu da öz növbəsində geniş ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.

Ən güclü qarın Missuri, İllinoys, İndiana, Ohayo və Qərbi Virciniya ştatlarının bəzilərinə yağacağı gözlənilir.

DOĞRU.AZ

Seçilən
73
1
dogru.az

2Mənbələr