AZ

Erməni generalı Cəbrayıl və Füzulidəki məğlubiyyətə görə həbs edilib

2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib.

Azpost.info bildirir ki, NEWS.am -a bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Xaçatryana qarşı ittihamları şərh edərkən bildirib.

O, Cənub qrupu üçün nəzarət mərkəzi yaratmamaqda və döyüş əməliyyatları zamanı nəzarət üçün xarakterik olan bir sıra tədbirləri tam həyata keçirməməkdə ittiham edilir. Bu da səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub.

“Sonuncunun hərəkətləri müdafiənin uğursuzluğuna səbəb olub, komandanlıq və idarəetmə sistemini sarsıdıb, qarşıya qoyulmuş döyüş tapşırığının icrası pozulub, nəticədə qarşı tərəf strateji yüksəkliklər maneəsiz ələ keçirib, ərazini nəzarətə götürüb”, – deyə məlumatda qeyd olunub.

Yanvarın 5-də məhkəmə əvvəllər saxlanılan Xaçatryanı həbs edib.

Qeyd edək ki, Adıçəkilən dövr 44 günlük Vətən Müharibəsinin ilk 20 gününü əhatə edir.

Həmin dövr ərzində Azərbaycan ordusu Hadrutu, Cəbrayıl və Füzuli şəhərlərini azad edib. Bununla bərabər xeyli yaşayış məntəqəsi də düşməndən geri alınıb. Hərbi əmliyyatların gedişatında ciddi dönüş baş verib.

 

Seçilən
49
azpost.info

1Mənbələr