Misir hakimiyyəti Yəmənə hərbi müdaxilə ilə bağlı xəbərləri təkzib edir və onların əsassız olduğunu bəyan edir.
“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Yüksək rütbəli mənbənin sözlərinə görə, Qahirə İsrail mediasında Misirin Yəmənə hərbi müdaxiləyə hazırlığı ilə bağlı aldadıcı və heç bir əsas olmadan yayılan məlumatları təkzib edir.
Mənbə başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bir gün əvvəl bir neçə İsrail mediası Misirin üsyançı Yəmənin Ənsar Allah (Husi) hərəkatının bölmələri ilə hərbi qarşıdurmaya hazırlaşmağa başladığını xəbər vermişdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”