AZ

Sülh müqaviləsi ilə bağlı mühüm açıqlama: Ermənistanla 2025-ci ilin ikinci yarısı…

“Ermənistan ilə Azərbaycan arasında sülh prosesi 2025-ci ildə də davam edəcək. Lakin prosesin seyrinin necə olacağını indidən demək çətindir. Çünki Cənubi Qafqaz ətrafı regionlarda gərginliklər artıb və bu gərginliklərin regionumuza təsiri böyükdür”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Füzuli Qurbanov Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin 2025-ci ildə necə olacağı haqda danışarkən deyib.

“Bir çoxları sülh prosesinin uzanmasını iki ölkənin mövqeyi, tutumu ilə əlaqələndirir. Lakin burada əsas məsələ heç də bu deyil. Vəziyyət elədir ki, Cənubi Qafqaz bir neçə aktiv münaqişənin olduğu regionun ortasında yer alır. Yəni bu regionlarda baş verən gərginliklər birbaşa və ya dolayı yolla regionumuza təsir edir. Belə olan halda ölkələr də ona uyğun hərəkət edir.

fuzuli

Füzuli Qurbanov

Azərbaycan sülh müqaviləsi istiqamətində fəallığı 2025-ci ildə də davam etdirəcək. Lakin Ermənistanın eyni aktivliyi göstərəcəyini düşünmürəm. Məsələ ondadır ki, Ermənistan Türkiyənin Yaxın Şərqdəki uğurlarını narahatlıqla izləyir. Rusiyanın və Qərbin diktəsi də İrəvan üçün mühümdür. Bundan başqa İranın da mövqeyi İrəvan üçün vacibdir. Son olaraq isə ABŞ Prezidenti Donald Trampın prezident səlahiyyətlərini icra etdikdən sonra regiona baxışının necə olacağı da erməni dairələri tərəfindən izlənilir.

Azərbaycan müstəqil xarici siyasət yeritdiyi halda Ermənistanın xarici siyasəti kənar qüvvələrin mövqeyindən asılıdır. Buna görə də hesab edirəm iki ölkə arasında sülh prosesi 2025-ci ilin ikinci yarısı daha intensiv hal ala bilər”.

Seçilən
94
bakuinfo.net

1Mənbələr