AZ

Fövqəladə vəziyyət ELAN EDİLDİ: Qorxulu virus sürətlə YAYILIR - VİDEO

Çində COVID-19-a bənzər yeni virus yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb. 

Bildirilir ki, bir çox xəstə, o cümlədən uşaqlar xəstəxanalara yerləşdirilib.

Telekanalın məlumatına görə, virusun əsas simptomları arasında üşütmə, öskürək, boğaz ağrısı, zəiflik və başgicəllənmə qeyd olunur.

Ölkənin bəzi bölgələrində fövqəladə vəziyyət elan edilib. Lakin bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.

Bununla yanaşı, Çin hakimiyyəti mövsümi tənəffüs yolu xəstəliklərinin artdığını təsdiqləyib. Aparılan araşdırmalara görə, xəstələrdə qrip virusu, insan metapnevmo virusu və rinovirus müsbət nəticə verib.

Musavat.com

Seçilən
41
20
musavat.com

10Mənbələr