AZ

Estoniya parlamentindən rus dili ilə bağlı ŞOK QƏRAR

Estoniya Parlamenti (Riyqikoq) rəsmi vebsaytının rusdilli versiyasını dəstəkləməyi dayandırıb. Bu qərar sayta olan ziyarətlərin azlığı ilə izah edilib.

Musavat.com xəbər verir ki, bu barədə ERR tele-radio şirkəti məlumat yayıb.

"Riyqikoq idarə heyətinin 2024-cü ilin noyabrında qəbul etdiyi qərara əsasən, rusdilli vebsayt versiyası 2025-ci ildən etibarən bağlanacaq. Bunun əsas səbəbi isə aşağı ziyarət sayıdır", – məlumatda qeyd olunub.

Qeyd edilir ki, rusdilli səhifənin bağlanması ilə bağlı qərar hələ 2024-cü ilin noyabrında qəbul edilib, lakin bu qərar 2025-ci ilin yanvar ayından qüvvəyə minib.

Hazırda Estoniya parlamentinin rəsmi vebsaytında istifadəçilər yalnız eston və ingilis dillərində materiallara baxa bilərlər.

Xatırladaq ki, 2024-cü ilin avqustunda Estoniyanın Ədliyyə Nazirliyi iqtisadi səbəblərdən qanunları rus dilinə tərcümə etməyəcəyini açıqlayıb.

Musavat.com

Seçilən
91
5
musavat.com

6Mənbələr