AZ

Türkiyə yığmasının üzvü əməliyyat olunacaq!

Mövsümün əvvəlində 30 milyon avroya ''Fənərbaxça''dan ''Brayton''a transfer olunan Fərdi Kadıoğlunun İngiltərə karyerası hələ ki, zədələrlə müşayiət olunur.

''Football-plus.az'' xəbər verir ki, 25 yaşlı futbolçu son zədəsi ilə bağlı ''instaqram''da paylaşım edib. O, əməliyyat olunacağını vurğulayıb. Sol ayağının baş barmağı qırılan Türkiyə yığmasının üzvü bunları yazıb:

''Son aylarda bu zədədən qurtulmaq üçün çox çalışdım. İlk vaxtlar zədənin o qədər ciddi olmadığını və tezliklə yaşıl meydanlara qayıdacağımı düşünürdüm. Amma bütün vasitələrə əl atmağıma və tibbi personalımızın dəstəyinə baxmayaraq zədənin sağalma müddəti gözlədiyimdən daha uzun çəkdi. Bütün məqamları nəzərə alaraq yanvarın 2-də belə qərara gəldik ki, zədədən tam qurutlmağım üçün mütləq əməliyyat olunmalıyam. Belə durumlarla üzləşmək asan deyil. Amma meydana əvvəlkindən də güclü şəkildə qayıtmaq və komandama fayda vermək üçün çox istəkliyəm. Bu müddətdə mənə verdiyiniz dəstəyə görə təşəkkür edirəm''.

Fərdi noyabrın 2-də ''Liverpul'' ilə səfər oyununda zədələnmişdi. Özü də həmin qarşılaşmada o, premyer-liqada ilk qolunu vurmuşdu. İstedadlı futbolçu bu mövsüm ''Brayton''da 8 rəsmi oyuna çıxaraq 2 qol vurub.

Türkiyə


ƏLİ
Seçilən
38
football-plus.az

1Mənbələr