"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.
2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.
Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.
Vüsal İsgəndərli yenə heyətdən kənarda qaldı
Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
"Sabah" hazırlıqlara başladı
I Liqada dekabr ayının "TOP-5" qolu - VİDEO
Bundesliqa çempionu 18 yaşlı hücumçu transfer edib