AZ

Samurayların məqsədi yoxdur, yalnız…

Umar Nurməhəmmədo sosial şəbəkələrdə qardaşı, məğlubiyyətsiz UFC döyüşçüsü Həbib Nurməhəmmədovla birgə məşqindən foto yayımlayıb.

Publika.az xəbər verir ki, Umar qaçış zolağında çəkilmiş fotonun altına “Samurayın məqsədi yoxdur – yalnız bir yol var”, – şərhini əlavə edib.

Xatırladaq ki, Umar Nurməhəmmədov yanvarın 18-dən 19-na keçən gecə Los-Ancelesdə (ABŞ) baş tutacaq UFC 311 turnirində titul uğrunda növbəti döyüşünü Merab Dvalişvili ilə keçirəcək. Bu şounun əsas hadisəsi yüngül çəkidə UFC çempionu İslam Maxaçevlə Arman Tsarukyan arasında revanş qarşılaşması olacaq.

Seçilən
52
publika.az

1Mənbələr