AZ

La Liqada çıxış edəcək ilk özbəkistanlı

Özbəkistanın yeniyetmələr milli komandasının və Daşkənd "Lokomotiv"inin yarımmüdafiəçisi Lazizbek Mirzəyev karyerasını İspaniyada davam etdirəcək.

İdman.biz xəbər verir ki, 18 yaşlı futbolçu 100 min avro qarşılığında "Leqanes" klubuna keçib. O, La Liqada çıxış edən ilk özbəkistanlı ola bilər.

Lazizbek Mirzəyev 2023-cü ildə yeniyetmələr arasında dünya çempionatında Özbəkistanın U-17 millisinin kapitanı olub. O, 1/8 finalda İngiltərə ilə oyunda cərimə zərbəsindən qələbə qolunun müəllifi olub (2:1). Sonra onlar Fransaya uduzaraq mübarizəni 1/4 finalda dayandırıblar.

İdman.biz

Seçilən
70
idman.biz

1Mənbələr