AZ

Paşinyan Azərbaycanın həlledici rolu barədə başa düşənlərə dərin mesajlar verdi - "2024 ən dinc il oldu..."

Image

Paşinyan xalqına yeni il təbrikində Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaradılmış reallıqları birdəfəlik və qəti etiraf etdi... "Son 20 illər ərzində hələ 2024- cü ilə oxşar sakit və dinc ilimiz olmayıb"- Bu, onun təbrik müraciətindən qısa, lakin böyük etirafdır."

Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.    A.Quliyev daha sonra yazır: "Təbii sual yaranır. 2024- cü il Paşinyanın dediyi kimi niyə "ən sakit və ən dinc il" oldu? Çünki ondan bir il əvvəl 2023- cü ilin sonlarında Antiterror əməliyyatı sayəsində bölgəmizdə təcavüz və işğal faktına son qoyuldu, 1991- ci ildə SSRİ dağılandan sonra müstəqil dövlətlərin heç vaxt olmamış sərhədlərinin ilk dəfə müəyyənləşdirilməsi ideyası ortaya gətirildi,  Azərbaycan- Ermənistan sərhədlərinin delimitasiyası başladı, şərti sərhəddə  insidentlərin sayı  minimuma yendi, sülh sazişi üzrə danışıqlar ləng də olsa başladı  ....Bütün bunlar Cənubi Qafqazda Paşinyan öz təbrikində etiraf etməsə də, məhz Azərbaycanın yaratdığı reallıqlardır və onlar birlikdə Paşinyanın dediyi kimi, "2014- cü ili son 20 illərin ən sakit və ən dinc ilinə" çevirdi...

Paşinyan "ən sakit və ən dinc ildə" ölkəsinin əldə etdiyi uğurların da bəzilərini açıq qeyd edib ki, elə bu da yeni regional reallıqların birmənalı etirafı sayıla bilər. Məsələn..
Paşinyan "sakit və dinc" adlandırdığı 2024- cü ildə Ermənistanın yeni "milli ideologiyasının" özü tərəfindən ifadə edildiyini dedi. "Mən ilk dəfə olaraq 2024- cü ilin mayında" virtual ( yəni xəyali Ermənistan- A.Q) Ermənistandan Real Ermənistan ideologiyasına keçid platformasını bəyan etdim, bu platformanın açarı odur  ki, 29,7 min kvadrat kilometr ərazidəki  bu günkü Ermənistan bizim dövlətimizin, xalqımızın rifahı , təhlükəsizliyi və gələcəyidir. Halbuki 2018- ci ildə biz bu kursu ilk dəfə dilə gətirəndə bir çoxları onu real hesab etmədilər."
Paşinyan daha sonra deyib ki, 2024 - cü ildə başladığımız sərhədlərin delimitasiyası bizim uğur tariximizdir, çünki delimitasiya sərhədlərin  təhlükəsizliyi və firavanlıq deməkdir, buna şübhə edənlər gedib Kiranç kəndində ( Qazaxda delimitasiya olunmuş 3 kəndi  nəzərdə tutur - A.Q) yaşayışa baxsınlar.
Paşinyan sadaladığı bu reallıqların heç birində  məhz Azərbaycanın həlledici rol oynadığını  təbii ki, etiraf etmir. Ancaq onların yeni reallıqlar olduğunu qəbul edir ki.... Bizə də elə bu lazımdır. Bölgəmizdə sülhə və təhlükəsizlik üçün böyük təhdid olan işğal və təcavüz faktı kimin sayəsində ortadan qaldırıldı?- - Azərbaycanın və onun Prezidentinin...
Delimitasiya kimin sayəsində başladıldı?- Azərbaycanın və onun Prezidentinin....
Sülh danışıqları kimin sayəsində başladıldı?- Azərbaycanın və onun Prezidentinin...
Ermənistanın və Paşinyanın "insafına" qalsaydı, təcavüz bitərdimi, sülh danışıqları və delimitasiya başlayardımı, 2024- cü il "ən sakit və ən dinc il" olardımı ? - heç vaxt....
Həqiqət həmişə cazibədar olur...Lakin həqiqətlər öz sahibinin adı ilə deyiləndə daha cazibədar olur..."

Mətləb






Seçilən
100
50
baki-xeber.com

10Mənbələr