AZ

"Düşünmürəm ki, “Neftçi” ilk “dördlüy”ə düşə bilər, xal fərqi çoxdu" - Arif Əsədov

Futbol üzrə ölkə çempionatında mövsüm yarılandı. Turnir cədvəlinə baxanda iki “beşlik” yarandığını görmək mümkündü.

“Qarabağ”, “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə” və “Sabah” avrokuboklara əsas namizədlərdi. Yolayrıcında mütəxəssis fikrinə ehtiyac duyduq: cari mövsümün ilk yarısını necə dəyərləndirirsiz? Sizcə, çempionatın səviyyəsi artıbmı? Ciddi rəqabət görürsüzmü? Konkret hansı klublar avrokuboklara vəsiqə uğrunda mübarizəni sona qədər davam etdirəcək?

Arif Əsədovun fikirləri ilə tanış olaq:

“Çempionatın ilk yarısında klublar qeyri-sabit çıxış etdi. Müxtəlif səbəblər var. Bəzi klublarda oyunçu çatışmazlığı, bəzilərində fiziki və ya taktiki durum yerində deyildi. Çempionatımızda səviyyənin artması o zaman görünər ki, birincilik uğrunda 4-5 komanda mübarizə aparar. Bizdə isə “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdu. Amma avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Yaxşı hallardan biri odu ki, “Araz-Naxçıvan” və “Turan Tovuz” da mübarizəyə qoşulub.rəng qatılıblar.  Bəzi klubların, məsələn, “Neftçi”nin turnir cədvəlinin daha yuxarılarında yer alacağı gözlənilirdi. Deməzdim ki, çempionatımızın səviyyəsi qalxıb. Sadəcə, həmin yerlər üçün fərqli klublar arasında mübarizə gedir. 90 faiz birinci yer “Qarabağ”ındı. Amma sonrakı yerlər, üstəlik kubok yolu ilə avrokuboklara vəsiqə uğrunda “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” mübarizə aparacaq. Düşünmürəm ki, “Neftçi” ilk “dördlüy”ə düşə bilər. Xal fərqi çoxdu. Eləcə də premyer-liqada qalmaq uğrunda gərginlik bizi gözləyir. Bu mübarizə “Kəpəz”lə “Səbail” arasında gedəcək. Bu komandaların yeni transfer edib-etməyəcəyi şərtdi. Bir neçə klub baş məşqçi dəyişikliyi etdi ki, onların da işini qış fasiləsindən sonra qiymətləndirə bilərik”.

RÖYANƏ OĞUZ
 
Seçilən
49
football-plus.az

1Mənbələr