AZ

Polşa təyyarə qəzasının səbəblərinin araşdırılmasında dəstəyin göstərilməsinə hazıdır - Radoslav Şikorski

Bakı. Trend:

5 yanvar 2025-ci il tarixində Polşa Respublikasının xarici işlərnaziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Polşa xarici işlərnaziri “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsininfaciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığıdiləklərini çatdırıb. Polşa tərəfinin faciənin səbəblərininaraşdırılması istiqamətində mümkün texniki dəstəyin göstərilməsinəhazır olduğu bildirilib.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilənhəmrəyliyə görə təşəkkür edib.

Daha sonra, növbəti altı ay ərzində Polşanın Avropa İttifaqı(Aİ) Şurasına sədrliyi zamanı prioritet məsələlər, bu çərçivədəAzərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığının gələcəkperspektivləri ətraflı müzakirə olunub.

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji,humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malikolduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasidialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalqtəhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
42
7
az.trend.az

10Mənbələr