AZ

Bir stəkan şərabın ürəyə faydası


 Aralıq dənizi pəhrizinə riayət edən bir qrup ispaniyalı üzərində aparılan yeni araşdırmanın nəticələri göstərib ki, gündə bir az stəkan şərab içmək ürək-damar xəstəlikləri, infarkt və ya insult riskini 50 faizə qədər azaldır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müsbət təsir bu cür xəstəliklərə tutulma riski yüksək olan 60 yaşdan yuxarı insanlar arasında müşahidə olunub.

Bununla belə, tədqiqatçılar bu qoruyucu təsirin gündə bir stəkandan çox içən insanlarda itirildiyini söyləyirlər.

Barselona Universitetinin qidalanma, qocalma və ürək-damar riski üzrə eksperti və tədqiqatın aparıcı müəllifi professor Ramon Stroh, "Bu tədqiqat Aralıq dənizi pəhrizi kimi orta səviyyədə şərab istehlakının əhəmiyyətini araşdırır", - deyib 

O, əlavə edib ki: “İndiyə qədər biz düşünürdük ki, Aralıq dənizi pəhrizinin faydalarının 20 faizi orta dərəcədə şərab istehlakı ilə izah oluna bilər, lakin nəticələri nəzərə alsaq, bu rəqəm daha da yüksək ola bilər”.

Bununla belə, bir çox mütəxəssis alkoqol içməyin məlum risklərinə işarə edərək, tədqiqatın nəticələrini tənqid edir.

Tədqiqatda iştirak etməyən Britaniya Ürək Fondunun qidalanma üzrə mütəxəssisi Tracey Parkerin sözlərinə görə, “Bu araşdırma göstərir ki, şərabı ölçülü şəkildə içmək ürək xəstəliyi riskini azalda bilər, lakin bu, bir şüşə şərab içə biləcəyiniz demək deyil". 

 Mütəxəssislərin diqqət çəkdiyi başqa bir problem də bir çox insanın içdiyi şərabın həqiqi miqdarını səhv ölçməsidir.

Şərabın standart porsiyonu cəmi 120 mililitrdir, lakin bir çox insan daha çox istehlak edir.

Oksford Universitetinin ürək-damar tibb professoru Pol Lison deyir ki: "İnsanlar tez-tez şərabın ürək üçün faydalı olduğunu söyləyirlər, lakin biz də bilirik ki, çox şərab içmək ürək üçün zərərlidir".


  


Seçilən
74
1
news24.az

1Mənbələr