Bu gün İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində iki oyun keçirilib.
İdman.biz xəbər verir ki, hər iki oyun eyni - 2:2 hesabı ilə başa çatıb.
Günün mərkəzi görüşü olan "Liverpul" - "Mançester Yunayted" qarşılamasında əvvəlcə qonaqlar, sonra meydan sahibləri hesabda irəli çıxsalar da, yekunda tərəflər hərəyə bir xal qazanıblar.
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində bu gün keçirilən oyunlar:
18:00 Fulhem - İpsviç 2:2
20:30 Liverpul - Mançester Yunayted 2:2
İdman.biz