''Football-plus.az'' xəbər verir ki, 55 yaşlı futbol adamı ''Qalatasaray''da 2023-ün yayından çalışırdı. Böyük təcrübəyə malik olan Kaxiqao daha öncə 23 il - 1997-2020-ci illərdə ''Arsenal''da çalışıb. Bu dönəmdə oynamış və London nəhənginin tarixinə damğa vurmuş bir çox isimlər məhz Kaxiqaonun sayəsində kluba qazandırılmışdı. ''Arsenal''da uzun illər çalışmış əfsanəvi Arsen Venger də Rusiya mətbuatına bu təyinatla bağlı fikirlərini bildirib:
''Spartak'' üçün bu, irəliyə doğru atılmış mühüm bir addımdı. Əminəm ki Fransis işinin öhdəsindən çox yaxşı gələcək. Çünki o, işini sevən və ağıllı mütəxəssisdi. Təcrübəlidi və eyni zamanda futbol dünyasında güclü əlaqələri var''.
Kaxiqao ''Qalatasaray''a gələnə qədər isə bir neçə il Çili yığmasının idman direktoru kimi çalışmışdı.
ƏLİ