Bu gün PSJ və “Monako” komandaları Qətərdə təşkil olunmuş futbol üzrə Fransa Super Kuboku uğrunda görüşdə üz-üzə gəliblər.
Arena.az xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərindəki “Stadium 974” arenasında baş tutub.
Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.
Bununla da PSJ 13-cü dəfə Fransa Super Kubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə parislilərin ən yaxın təqibçisi 8 titul sahibi olan Lion “Olimpik”idir.
Fransa Super Kuboku
Final
5 yanvar
PSJ – Monako 1:0
Qol: Usman Dembele, 90+2.
PSJ: 1. Canluici Donnarumma, 2. Əşrəf Hakimi, 5. Markinyos (k), 51. Paço Villiam, 25. Nuno Mendes, 33. Uorren Zair-Emeri (24. Senni Mayulu, 88), 17. Vitinya (8. Fabian Ruis, 73), 87. Joao Neves (9. Qonsalo Ramos, 67), 19. Li Kanq İn (29. Bredli Barkola, 67), 10. Usman Dembele, 14. Desire Due.
Ehtiyat oyunçular: 39. Matvey Safonov, 11. Marko Asensio, 35. Lukas Beraldo, 21. Lukas Ernandes, 42. Yoram Zaque.
Baş məşqçi: Luis Enrike.
Monako: 16. Filipp Kön, 2. Vanderson (4. Jordan Teze, 86), 5. Tilo Kehrer, 22. Məhəmməd Salisu, 12. Kayo Enrike, 6. Denis Zakariya, 10. Aleksandr Qolovin (15. Lamin Kamara, 72), 18. Takumi Minamino, 11. Maqnes Akliuşe (88. Sunqutu Maqassa, 86), 7. Eliesse Ben Seqir, 21. Luis İlenixena (36. Bril Embolo, 72).
Ehtiyat oyunçular: 42. Saymon Buabre, 46. Bradel Kiva, 50. Yann Linard, 8. Eliot Matazo, 20. Kassum Uattara.
Baş məşqçi: Adi Hütter.