AZ

Rusiyada körpə uşağı olan ailələr 8 min dollar alacaq –"Analıq kapitalı" artırıldı

Rusiyada fevralın 1-dən “analıq kapitalı”nın məbləği artırılır. 

Azpost.info bildirir ki, bu barədə Dövlət Duması bəyan edib.

Fevralın 1-dən etibarən ilk uşaq üçün analıq kapitalı 46 min rubl artaraq 676 min rubla, (6165 dollar), ikinci uşaq üçün isə 61 min rubl artaraq 894 min rubla (8 min dollar) çatacaq.

“Analıq kapitalı” uşağın doğulması və ya övladlığa götürülməsi ilə bağlı verilən birdəfəlik ödənişdir. Bu, doğum səviyyəsinin artırılmasına yönəlmiş dövlət dəstəyi tədbirlərindən biridir.

“Matkapital”dan yalnız müəyyən məqsədlər üçün – yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqların təhsili, pensiya təminatı üçün istifadə oluna bilər.

“Analıq kapitalı” 2007-2026-cı illər arasında anadan olmuş uşaqların olduğu ailələrə verilir. Uşaq doğulan zaman valideyn Rusiya vətəndaşlığı olmalıdır.

Analıq kapitalı uşaq doğulduqdan sonra 3 ildən gec olmayaraq istifadə edilə bilər.

 

Seçilən
39
azpost.info

1Mənbələr