AZ

Suriyada bu şəxslərin maaşı 400 faiz artırılacaq

Suriyanın müvəqqəti hökuməti 13 illik qarşıdurma və sanksiyalardan sonra iqtisadiyyatı sabitləşdirmək tədbirləri çərçivəsində fevral ayından etibarən dövlət sektorunda çalışan bir çox işçilərin maaşlarını 400% artıracaq.

Axar.az xəbər verir ki, bu barədə Suriyanın maliyyə naziri Məhəmməd Abazid “Röyters” agentliyinə açıqlamasında deyib.

“Bu ölkədəki iqtisadi vəziyyətin fövqəladə həlli istiqamətində ilk addımdır”, - deyə o bildirib.

Abazid qeyd edib ki, Bəşər Əsədin prezidentliyi dövründə Suriyanın dövlət sektorunda çalışan işçilərin maaşları ayda təxminən 25 dollar olub və bu da onları ölkə əhalisinin əksəriyyəti kimi yoxsulluq həddindən aşağı salıb.

Seçilən
73
axar.az

1Mənbələr