Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində hərəkətdə olan sərnişin avtobusu partladılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə ən azı 4 nəfər ölüb: "5-i ağır olmaqla 32 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar".
Türkiyə Xarici İşlər Nazirliyi terror aktı ilə bağlı bəyanat yayaraq, hadisəni qətiyyətlə pisləyib: "Hadisədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Dost və qardaş Pakistana keçmiş olsun!".
Firudin Səfərli
MİA.AZ