Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Leççe” – “Cenoa” və “Torino” – “Parma” matçında tərəflər meydanı qolsuz tərk ediblər. Üç qolun qeydə alındığı “Montsa” – “Kalyari” görüşündə qonaqlar qalib gəliblər. “Roma” isə paytaxt derbisində qarşılaşdığı əzəli rəqibi “Latsio”ya 2 cavabsız qolla qalib gəlib.
Bu turun “Komo” – “Milan”, “Atalanta” – “Yuventus” və “İnter” – “Bolonya” görüşləri İtaliya Super Kubokunun oyunlarına görə təxirə salınıb. Sözügedən matçlar yanvarın 14-də və 15-də keçiriləcək.
İtaliya, A Seriyası
19-cu tur
4 yanvar
Venesiya – Empoli 1:1
Qollar: Pohyanpalo, 5 – Espozito, 32.
Fiorentina – Napoli 0:3
Qollar: David Neres, 29. Lukaku, 54. Maktominey, 68.
Verona – Udineze 0:0
5 yanvar
Montsa – Kalyari 1:2
Qollar: Kaprari, 6-pen – Zortea, 22. Pikkoli, 56.
Leççe – Cenoa 0:0
Torino – Parma 0:0
Roma – Latsio 2:0
Qollar: Pelleqrini, 10. Salemakers, 18.