Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
“Lans” doğma meydanda “Tuluza”ya məğlub olub. “Anje” “Brest”lə, “Strasburq” da “Oser”lə ev oyununda inamlı qələbəyə sevinib.
Turun qapanış matçında Marsel “Olimpik”i “Havr”ı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.
Xatırladaq ki, 16-cı turun “Monako” – PSJ görüşü dekabrın 19-da keçirilmiş və Paris təmsilçisinin 4:2 hesablı qələbəsiylə yekunlaşmışdı.
Beləliklə, 16 turdan sonra 40 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i 33 xalla ikinci, “Monako” 30 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və Lion “Olimpik”i 28, “Nitsa” 27, “Lans” və “Tuluza” 24, “Oser” 21, “Strasburq” və “Reyms” 20, “Brest” 19, “Renn” 17, “Anje” 16 xal toplayıb.
Fransa, Liqa 1
16-cı tur
3 yanvar
Nitsa – Renn 3:2
Qollar: Gessan, 12. Diop, 34. Laborde, 45+5 – Kalimuendo, 27. Truffert, 49.
4 yanvar
Sent Etyen – Reyms 3:1
Qollar: Boakye, 50; 57. Stassin, 80 – Nakamura, 42.
Lill – Nant 1:1
Qollar: Qudmundsson, 40 – Abline, 70-pen.
Olimpik (Lion) – Monpelye 1:0
Qol: Fayad, 90+1-öz qapısına.
5 yanvar
Anje – Brest 2:0
Qollar: Lepaul, 6. Niane, 90+5.
Lans – Tuluza 0:1
Qol: Abuxlal, 73-pen.
Strasburq – Oser 3:1
Qollar: Diarra, 45+4-pen. Lemareşal, 59. Emeqa, 87 – Traore, 14.
Olimpik (Marsel) – Havr 5:1
Qollar: Ronjye, 25. B.Nadir, 39. Maupay, 43. Vahi, 66. U.Qarsiya, 75 – Ayyu, 85.