AZ

ABŞ son 10 ilin ən güclü qarını gözləyir

Fırtına xəbərdarlığı fonunda ABŞ-da son 10 ilin ən güclü qar yağması gözlənilir...

Poliqon xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

Belə ki, Vaşinqtonda qarın qalınlığının 15-25 sm olacağı gözlənilir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) "Bəzi bölgələr üçün bu, on ildən çox müddətdə ən güclü qar yağışı ola bilər" deyib.

Sinoptiklərin proqnozlarına görə, qar fırtınası zonasında 70 milyondan çox insan olacaq. Küləyin sürətinin 80 km/saat olacağı gözlənilir.

Poliqon.info

Seçilən
87
6
poliqon.info

8Mənbələr