AZ

Şeytanın belə ağlına gəlməyən oğurluq üsulu


İmereti Polis Departamentinin Samtredia Rayon Şöbəsi və Kutaisi Şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdiyi istintaq tədbirləri və operativ əməliyyatlar nəticəsində, 2003-cü il təvəllüdlü O.M., 2006-cı il təvəllüdlü R.A. və 2006-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş və hazırda şərti məhkuma statusunda olan G.X., qrup şəklində, külli miqdarda və təkrarən oğurluq törətməkdə ittiham olunaraq saxlanılıblar.

Aktual.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Aparılan istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər İmereti regionunda müxtəlif ərazilərdə yerləşən ödəmə terminalları vasitəsilə öz istifadələrində olan hesablarına müəyyən məbləğdə pul köçürür, daha sonra isə terminalları zədələməklə oradakı bütün məbləği qanunsuz olaraq ələ keçirirdilər. Aparılmış istintaq tədbirləri və operativ əməliyyatlar nəticəsində polis tərəfindən O.M., R.A. və G.X. təqsirləndirilən şəxs qismində saxlanılmışdır. Hüquq-mühafizə orqanları oğurlanan məbləğin bir hissəsini maddi sübut kimi götürüb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci, üçüncü və dördüncü hissələri ilə davam etdirilir" , - Qurumdan bildirilib.


Seçilən
59
news24.az

1Mənbələr