AZ

Zelenski Lukaşenkonun müharibənin ilk günlərində ona dediklərini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski bloqqer Leks Fridmana müsahibəsində bildirib ki, Belarus lideri Aleksandr Lukaşenko xüsusi hərbi əməliyyatın başlamasından sonra ilk günlərdə ondan üzr istəyib...

Poliqon bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ukrayna prezidentinin sözlərinə görə, telefon danışığı müharibənin birinci və ya ikinci günündə baş tutub.

“Lukoşenko, üzr istədi və dedi ki, Rusiya onun ərazisindən raketlər atdı. Bu, onun sözləridir, şahidlərim var”, Zelenski bildirib.

Zelenski Lukaşenkonun onu vəziyyətə və Rusiya raketlərinin Belarus ərazisindən buraxılmasına nəzarət etmədiyinə əmin etdiyini də qeyd edib.

Poliqon.info

Seçilən
39
50
poliqon.info

10Mənbələr