AZ

Cənubi Koreya polisi ölkə prezidentini həbs etmək hüququ alıb

Korrupsiyaya Qarşı Mübarizə İstintaq İdarəsi (CIO) prezident Yun Sok Yola qarşı qiyam iddiası ilə həbs qərarı çıxarmaq səlahiyyətini hüquq-mühafizə orqanlarına həvalə edib...

Poliqon “Yonhap” Agentliyinə istinadən xəbər verir ki, CIO yeni order üçün müraciət edə və ya mövcud olanı uzatmağa çalışa bilər.

“Bu gecə Korrupsiyaya Qarşı Mübarizə Departamenti Milli İstintaq Departamentinə şübhəli Yun barəsində həbs qətimkan tədbirinin tətbiqini polisə təhvil verib”, deyə idarədən bildiriblər.

Qeyd edilir ki, prezident Yunun vəkilləri CIO-nun işi araşdırmaq səlahiyyəti olmadığı üçün orderin etibarsız olduğunu iddia edirlər.

Yun Sok Yol 2024-cü ilin dekabr ayının əvvəlində Cənubi Koreyada hərbi vəziyyət elan etdiyinə və parlamentə qoşun göndərdiyinə görə qiyam və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Prezident daha sonra qərarı ləğv etməyə razılaşsa da, çevrilişlə bağlı bütün ittihamları rədd edib. Dekabrın 14-də ona ikinci cəhddə impiçment elan edilib.

Korrupsiyaya Qarşı Mübarizə Agentliyi hesab edir ki, Yun barəsində həbs qərarının icrası mümkün deyil. Yanvarın 3-də müstəntiqlər onun iqamətgahına daxil olsalar da, təhlükəsizlik qüvvələrinin müqaviməti ilə üzləşiblər.

Poliqon.info

Seçilən
112
40
poliqon.info

10Mənbələr