Bu, Marianna Vasilyeva deyilən şəxs haqqında xaricdə Azərbaycanla bağlı beynəlxalq səviyyəli səs-küylü idman skandalı gedir. Və onun, bizim ölkədə İdman Nazirinin müavini və Gimnastika Federasiyasının sədri kimi vəzifə səlahiyyətləri həddini aşması deyilir. Nələr törədib, Allah bilir.
O dərəcədə pozuntular törətdiyi əsas tutulub ki, Beynəlxalq Gimnastika Federasiyasının İntizam Komissiyası məşqçilyə ömürlük qadağan edib! Hansı intizamı pozub, nə oyun çıxarıb, bilinmir.
Obyektiv dürüst desək, hüquqi-siyasi baxımdan başqa bir ölkənin vətəndaşının, mütəxəssisinin ehtiyac yaransa, digər bir ölkədə vəzifə tutması pozuntu deyil. Bir çox ölkələrdə belə nümunələr mövcuddur. Ancaq, dünyanın indiki gərgin, söz- söhbətli vaxtında bizim Azərbaycana lazımdımı xaricdən nə qədər xərc çəkib, xeyirliyə gətirilən məşqçi-məmur əksinə beynəlxalq zərər vursun?
Öz milli xatakar məmurlarımızın ölkə üçün xeyli beynəlxalq skandallar yaratdıqları bəs etmirmi? Bilmirsən, bizim torpağın havası ya suyundandı, özümüzünkü heç, xaricdən gətirilən də pozulur!