AZ

Antibiotik müqaviməti 2050-ci ilə qədər 40 milyon insanın ölümünə səbəb olacaq

2050-ci ilə qədər təxminən 40 milyon insan antibiotik müqavimətinin qurbanı ola bilər...

Poliqon xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İngiltərənin keçmiş baş həkimi Salli Devisin müvafiq fikrinə istinadən yazıb.

Ekspertin sözlərinə görə, hər il 1 milyona yaxın insan mikroblara qarşı müqavimət səbəbindən ölür.

“Bu rəqəmlər növbəti 25 il ərzində artacaq və problemi daha aktual edəcək”, deyə xanım Devis qeyd edib.

Ekspertin fikrincə antibiotiklərə davamlı olan “superbakteriyalar” xəstələrin müalicəsinə getdikcə daha az reaksiya verir.

Devis qeyd edib ki, son 35 ildə 70 yaşdan yuxarı insanlar arasında ölüm halları 80% artıb, çünki əhalinin qocalması problemi xroniki xəstəliklərdən əziyyət çəkənlər yeni növ bakteriyalara qarşı həssasdırlar.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr